Ukraynada Ermənistan istehsalı olan minalar aşkar edilib

Ukraynada Ermənistan istehsalı olan minalar aşkar edilib
 

İşğaldan azad edilmiş Ukrayna ərazilərində Ermənistan istehsalı olan piyada əleyhinə minalar aşkar edilib.

“Report” xəbər verir ki, bu barədə ukraynalı politoloq, hərbi ekspert Aleksandr Kovalenko sosial şəbəkələrdə məlumat verib.

“Ukraynanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi zamanı bəzən gözlənilməz nümunələr ortaya çıxarır. Məsələn, Ukraynada tapılan, Ermənistanda istehsal olunan E-001 piyada əleyhinə minanın fotosu dərc edilib. Bunun Ermənistan istehsallı mina olmasına şübhə yoxdur. Mən şəxsən belə minaları Qarabağda görmüşəm”, - o qeyd edib.

Politoloqun sözlərinə görə, Ermənistanın Rusiyaya mina verməsi, onların sayı və Rusiya ordusuna məxsus silahların siyahısına necə daxil olması barədə indiyədək məlumat olmayıb: “Müvəqqəti işğal altında olan Krımda erməni diasporunun nümayəndələri işğalçılarla sıx əməkdaşlıq edirlər. Hətta Krım Könüllülər Birliyinin rəhbəri Armen (Samvel) Martoyan 44 günlük müharibə zamanı Qarabağa gedib və orada döyüşmək üçün könüllülər göndərib. Odur ki, tədarüklə bağlı silsilə kanallar yaradılmış ola bilər”.

 
0.016218900680542