Daimi yaşamaq üçün Azərbaycana 1907 nəfər gəlib
Bu ilin I yarısında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1907 nəfər gələn, Azərbaycandan isə 1288 nəfər gedən qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, miqrasiya saldosu ölkə üzrə müsbət 619 nəfər təşkil edib.
"Paralel.az"