Təhsil haqqında maraqlı məlumatlar
İsveçrədə uşaqlar 4 yaşından məktəbə getməyə başlayırlar.
Kanadada məktəblər uşaqların ailələri ilə daha çox vaxt keçirmələri üçün ev tapşırıqlarını qadağan edib.
Uşağınızı Finlandiyadakı məktəbə aparmaq üçün sizə yalnız portfel lazımdır. Qalan hər şey pulsuzdur, hətta nahar da.
Yapon məktəblərində müəllimlər şagirdlərə qiymət yazmırlar. Qaydalara görə, heç kim fərqlənməməlidir.
Yapon məktəblərində xadimələr yoxdur, uşaqlar özləri binaları və hətta tualeti təmizləyir.
Beləliklə, uşaqlar kiçik yaşlarından bir - birinə kömək etməyi öyrənirlər. Bundan əlavə, məktəblilər təmizliyə bu qədər vaxt sərf etdikdən və işlədikdən sonra çətin ki, zibilləmək istəsinlər. Bu, onlara öz əməyinə, eləcə də başqalarının əməyinə və ətraf mühitə hörmət etməyi öyrədir.
Yaponiyada gülümsəməyi və emosiyaları göstərməyi öyrədən xüsusi məktəblər var.
Tailanddakı məktəblərdə travestilər üçün ayrıca tualet var. (Tailand dünyada cinsini dəyişənlərin sayına görə birincidir)
Yaponiyada məktəbə davamiyyət faizi 99,99%-dir. Ömründə heç vaxt məktəbdən yayınmayan bir adamı təsəvvür etmək çətindir, amma burada belə bir bütöv xalq var. Həmçinin, yapon məktəbliləri demək olar ki, dərslərə gecikmirlər. Məktəblilərin 91%-i isə həmişə müəllimə qulaq asır. Başqa hansı ölkə belə statistika ilə öyünə bilər?
Yakutiyada mənfi 50 temperaturda belə məktəbə gedirlər.
Yaponiyada bütün uşaqlar məktəbə daxil olmaq üçün imtahan verməlidirlər. Məktəbə qəbul imtahanlarında uğursuz olanlar hazırlıq məktəbinə gedib növbəti il yenidən cəhd edə bilərlər.
Avropanın bir çox orta məktəb bufetlərində şagirdlər istəsələr pivə ala bilərlər.
Yapon məktəblərində bilik günü 1 apreldir. Tədris ili üç müddətdən ibarətdir: aprelin 1-dən iyulun 20-dək, sentyabrın 1-dən dekabrın 26-dək və yanvarın 7-dən martın 25-dək. Belə ki, yaponlar 6 həftə yay tətili, qış və yaz aylarında isə 2 həftə tətil edirlər.
Müəllif: Şahin Nağıyev
"Paralel.az"