Çempionlar Liqası: “Qalatasaray” pley-off mərhələsinə yüksəlib

Çempionlar Liqası: “Qalatasaray” pley-off mərhələsinə yüksəlib
 

Türkiyənin “Qalatasaray” klubu UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlib.

Paralel.az xəbər verir ki, İstanbul nəhəngi III təsnifat mərhələsində Sloveniya təmsilçisi “Olimpiya”nı üstələyib.

Səfərdəki ilk matçda 3:0 hesablı qələbə qazanan “sarı-qırmızılılar” doğma arenasında da rəqibi məğlub ediblər – 1:0. Qarşılaşmada yeganə qola 24-cü dəqiqədə Mauro İkardi imza atıb.

“Qalatasaray” pley-off mərhələsində Norveç “Molde”si ilə üz-üzə gələcək. Bu raundun oyunları avqustun 23-də və 29-da keçiriləcək.

 

0.0260329246521