Yaponiyanı tayfun vurdu: xəsarət alanlar var

Yaponiyanı tayfun vurdu: xəsarət alanlar var
 

Yaponiyada “Lan” qasırğası ölkənin müxtəlif bölgələrində, xüsusilə Hyoqo, Osaka, Kyoto və Vakayama əyalətlərində güclü külək və yağışlara səbəb olub.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində 20 nəfər xəsarət alıb.

Qasırğa hava və dəmir yolu nəqliyyatına da mənfi təsir göstərib. Ölkə daxilində 800 uçuş ləğv edilib.

Naqoya və Şin-Osaka stansiyaları ilə Şin-Osaka və Okayama stansiyaları arasında bu günə planlaşdırılan bütün sürətli qatar xidmətləri ləğv edilib.

Xatırladaq ki, Yaponiyada təxminən 2 həftədir təsirli olan “Xanın” qasırğası nəticəsində 2 nəfər ölüb, ən azı 60 nəfər yaralanıb. Bir çox ərazilərə maddi ziyan dəyib.

Günay

 

0.020673990249634