Dağıstanda 30 nəfər ölüb, 100-dən çox yaralanan var – 3 gün matəm elan edildi

Dağıstanda 30 nəfər ölüb, 100-dən çox yaralanan var – 3 gün matəm elan edildi
 

Dağıstanın Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

Paralel.az ” xəbər verir ki, bu barədə Dağıstanın Tibbi Fəlakət Mərkəzi məlumat yayıb.

Patrlayış nəticəsində 102 nəfər xəsarət alıb.

Xəsarət alanlar xüsusi reyslə Mahaçqaladan Moskvanın tibb müəssisələrinə çatdırılıb.

Bundan əlavə hadisə yerində 20-dək texnika xəsarə alıb.

Dağıstan hökumətinə Mahaçqalada həlak olanların ailələrinə yardımın göstərilməsi üçün lazımi tədbirlər görmək tapşırılıb.

Həlak olanların ailələrinə bir milyon rubl verilməsi vəd edilib.

Baş verən hadisə ilə bağlı bu gün Dağıstanda matəm elan edilib.

 

 

0.018090963363647