Füzulidə və Samuxda RİH başçısı vəzifəsini icra edən hər İki Alının taleyi barədə İLGİNC İDDİA
Füzulu və Samux rayonun rəhbəri ilə bağlı sərt qərar veriləcəyi bildirilir. Bu barədə məlumat verən mənbə ilginc məqam açıqlayıb.
Açıqlamadan aydın olur ki, barəsində söz gedən icra başçılarının hər ikisinin adı Alıdır.
“Biri Alı Alıyevdir ki, hazırda Füzuli rayon İcra Hakimiyyətinin başçısı postunda əyləşib. Rayonda bir sıra mənfi xarakterə malik şəxs kimi tanınan Alı Alıyev indiyədək vəzifəsini qoruya bilib. Əhməd Əhmədzadənin çətiri altında sığınan məmurlardandır. Amma himayəsiz durumdadır və hətta barəsində həbs qərarı belə verilə bilər.
Digəri də Alı Qocayevdir ki, o da Samux rayonuna rəhbərlik edir. O da digər sabiq məmru – Oqtay Əsədovun patronajlığı altına sığınıb. Onu da himayə edənlərin hansı gücsüz durumda olduğu ortadadır. O da adaşı kimi eyni dərəcədə DTX və Baş Prokurorluğun hədəfindədir”.
P. S. Paralel.az olaraq bütün aidiyyatı olan qurum və şəxsləri dinləməyə hazırıq…
Mənbə, DİA.az