Kreml müharibə ilə bağlı bunu planlaşdırır - Vadim Skibitski 

Kreml müharibə ilə bağlı bunu planlaşdırır - Vadim Skibitski 
 

“Kreml Ukraynadakı müharibəyə bir neçə yüz min insanı səfərbər etməyi planlaşdırır".

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin nümayəndəsi Vadim Skibitski jurnalistlərə açıqlaması zamanı bildirib. 

"Rusiya öz ordusunun döyüş qabiliyyətini və hücum potensialını bərpa etmək niyyətindədir. Rusiya ordusunun rəhbərliyi bir sıra yeni hərbi birləşmələr: desant alayları, diviziyalar, mexanikləşdirilmiş briqadalar yaratmaq niyyətində olduğunu bəyan edir. Bizim hesablamalarımıza görə Kreml Ukraynadakı müharibəyə bir neçə yüz min insanı səfərbər etməyi planlaşdırır”,- deyə Skibitski bildirib.

 

0.014103889465332