Xankəndidə 50 min çinli nə edir?! – FOTOFAKT

Xankəndidə 50 min çinli nə edir?! – FOTOFAKT
 

Erməni teleqram kanalları Qarabağda yaranan ərzaq növbələri haqda paylaşım edib.

Paralel.az xəbər verir ki, paylaşımda guya Qarabağda insanların çörək almaq üçün növbəyə dayanması və huşlarını itirərək yıxılması əks olunub.

“Faktyoxla Lab” araşdırma apararaq fotonun orijinal olub-olmadığını yoxlayıb.

Məlum olub ki, foto 2014-cü ildə “Reuters”in müxbiri tərəfindən çəkilib. Növbə isə Çinin Jenzou şəhərində tələbələr üçün təşkil olunan əmək yarmarkasında yaranıb. Sözügedən yarmarkaya 50 minə yaxın tələbə qatılıb.

Qeyd edək ki, bu fakt belə Qarabağdakı ermənilərin guya blokadaya alınması və səfalət içində yaşaması haqda iddiaların tam əsassız olduğunu göstərir.

0.015431880950928