Qazaxıstan hədələndi: Rusiya sizi Ukraynanın gününə qoyar

Qazaxıstan hədələndi: Rusiya sizi Ukraynanın gününə qoyar
 

Rus təbliğatçısı Sergey Mardan Qazaxıstanı hədələyib.

Paralel.az xəbər verir ki, o, “Soloviev Live”də çıxış edərək Qazaxıstanı "Rusiya Federasiyasına və onun Ukraynada başlatdığı müharibəyə münasibətdə yanlış davranışa" görə hədələyib.

Mərdan Qazaxıstan hakimiyyətinin “etno-siyasiləşdirilmiş simvolları” ( “Vaqner”, Z və ya V hərfləri, PKK və Şərqi Türküstanın emblemləri) qadağan etmək planlarına qəzəblənib. Təbliğatçı Rusiyanın 2014-cü ildən Ukraynaya qarşı apardığı hibrid müharibəni Qazaxıstana qarşı başlaya biləcəyinə işarə vurub.

“Əminəm ki, Rusiyadakı məsul şəxslər bütün bunları yaxşı bilirlər. Bütün bu faktlar ayrı bir qovluq təşkil edir... Rusiyanın 2014-cü ildən sonra əldə etdiyi təcrübə belə çox unikal təcrübədir. Gələcəkdə çoxlarının xoşuna gəlməyə bilər... Qazaxıstanlılar, inanın ki, bu sizə problemdən başqa heç nə verməyəcək...”

 

0.017060041427612