“Vaqner” yenidən Ukrayna üçün təhlükəyə çevrilir - General

“Vaqner” yenidən Ukrayna üçün təhlükəyə çevrilir - General
 

Belarusda məskunlaşan vaqnerçilərin sayı son günlərdə yenidən artmağa başlayıb və bu rəqəm 6,5 min nəfərə çatıb. 

Paralel.az ” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı, general-leytenant Sergey Nayev “rbc-ukrayna”ya müsahibəsində deyib.

“Hazırda Belarus ərazisində 6,5 minə qədər “Vaqner” muzdluları var. Hərbi elmdə iki anlayış var - hərbi təhlükə və real hərbi təhlükə. Mülki şəxslər üçün izah edirəm ki, əgər avtomobil sürürsə, bu, təhlükədir, üzərinizə sürürsə bu, artıq real təhlükədir”, - general qeyd edib.

General-leytenant əlavə edib ki, muzdluların Belarus torpaqlarında olması təhlükədir və əgər onlar təxribat-kəşfiyyat qrupları və ya qurudan hücum qrupu yaradarsa, bu, real təhlükə olacaq.

“Biz bu təhlükənin yaranacağını gözləmirik, müdafiə qabiliyyətimizi artırmaq üçün hər şeyi edirik”, - Nayev vurğulayıb.

 

 

0.017437934875488