Məşhur türkiyəli aktrisaya ağır itki üz verib

Məşhur türkiyəli aktrisaya ağır itki üz verib
 

Türkiyəli məşhur aktrisa Hazar Ergüçlünün atası vəfat edib.

Paralel.az Türkiyə mediasına istinadla xəbər verir ki, 69 yaşında dünyasını dəyişən Süleyman Ergüçlünün ölümünü həyat yoldaşı Nəşə açıqlayıb.

“Həyat yoldaşım Süleyman Ergüçlü bu gün səhər evimizdə dünyasını dəyişib. Acılarım sonsuzdur. Dəfn mərasimi ilə bağlı təfərrüatlar paylaşılacaq. Hamımızın başı sağolsun”.

Qeyd edək ki, Süleyman Ergüçlü Kiprin tanınmış jurnalistlərindən olub. Uzun illər “Kıbrıs” qəzetinin baş redaktoru vəzifəsində çalışıb.

 

 

 

0.022282123565674