Əhalinin gəlirləri 15%, xərcləri isə 55 % artıb

Əhalinin gəlirləri 15%, xərcləri isə 55 % artıb
 

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda əhalinin nominal gəlirləri 44 558,6 milyon manat təşkil edib.

Paralel.az ” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,8% çoxdur.

Sözügedən dövrə əhalinin hər nəfərinə düşən nominal gəlirlər isə 4 393,6 manat olub ki, bu da illik müqayisədə 14,1% çoxdur.

Müqstəqil ekspertlərin hesablamalarına görə isə, qiymət artımı nəticəsində ötən ilin eyni dövrü ilə müqaisədə əhalinin xərclər 55% çoxalıb.

 

0.08432412147522