Azərbaycanın büdcə profisiti 2 dəfə azalıb

Azərbaycanın büdcə profisiti 2 dəfə azalıb
 

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda dövlət büdcəsinin gəlirləri 18 766,6 milyon manat təşkil edib.

Paralel.azxəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% çoxdur.

Cari ilin ilk 7 ayında dövlət büdcəsinin xərcləri 17 620,5 milyon manat olub ki, bu da illik müqayisədə 14,9% artım deməkdir.

Ümumilikdə sözügedən dövrdə dövlət büdcəsində 1 146,1 milyon manat profisit yaranıb. Bu da ötən ilin iyul ayının yekunu ilə müqayisədə 2,24 dəfə azdır.

 

0.012253999710083