Rusiya-Ukrayna müharibəsindən qaçdılar, etdikləri şok effekti yaratdı

Rusiya-Ukrayna müharibəsindən qaçdılar, etdikləri şok effekti yaratdı
 

Müharibədən sonra Antalyada məskunlaşan rus və ukraynalılardan bəzilərinin xarici dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə qeyri-qanuni taksi fəaliyyəti, əmlak və digər qanunsuz fəaliyyətlərə məşğul olduğu aşkarlanıb.

Paralel.az ” “haber7”yə istinadən xəbər verir ki, rus və ukraynalı qaçqınların qanunsuz fəaliyyəti nəticəsində Antalyada taksi, daşıma, kirayə və turizm sahəsində çalışanlara ciddi ziyan vurur. Bu da yerli əhali arasında böyük narazılığa səbəb olur. 

Nəşrin yazdığına görə, Rusiya-Ukrayna müharibəsindən sonra iki ölkədən Antalyaya gəlib məskunlaşanların sayı 100 mini keçib. Miqrasiya səbəbi ilə bir çox sektorda və şəhər iqtisadiyyatına müsbət nəticəsi ilə yanaşı, bir çox mənfi cəhətlər də var. Belə ki, rus və ukraynalıların gündəlik və ya həftəlik mənzil, hostel kimi evlərini kirayə verməsi probleminə qanunsuz taksi sürücüləri, hətta xarici nömrəli evakuatorlarla xidmət göstərənlər də var. Bu qanunsuz fəaliyyətlər də öz növbəsində turizm sektoruna və taksi xidmətinə, daşıma sahələrinə mənfi təsir göstərir. 

Antalya Əsnaf və Sənətkarlar Odaları Birliyinin (AESOB) sədri Adlıhan Derenin sözlərinə görə, ruslar və ukraynalılar öz maşınları ilə öz aralarında taksi və daşıma xidməti və daşınmaz əmlak biznesi ilə məşğul olmağa başlayıblar. 

“Bu məqsədlə hətta öz aralarında vatsap qrupları da yaradıblar ki, bu qruplar vasitəsi ilə öz aralarında   taksi xidməti sifariş edirlər, alış-veriş və ölkələrindən gələn turistlərə ucuz kirayə mənzillər verirlər. Nəticədə yerli işçilərimiz əziyyət çəkir. Artıq vergi orqanları və digər qurumlar məsələ ilə ciddi məşğul olmağa başlayıb. Ciddi qanun pozuntuları aşkarlanıb”, - o bildirib.

Alanya Sürücülər Palatasının sədri Əli Akkaya da eyni ilə rus və ukraynalı miqrantların qanunsuz taksi fəaliyyətindən şikayətlənib. 

“Onlar müharibədən qaçıb bura gəldilər. İndi demək olara ki, əksəriyyəti qanunsuz taksiçilikdən, əmlak kirayə verməkdən, bərbərlikdən tutmuş, yemək bişirib satmağadək bütün işlərlə məşğuldurlar. Öz aralarında vatsap qrupu yaradıblar və bir-birinin xidmətindən istifadə edirlər. Hətta Alanyanın bəzi küçələrindəki işıqlandırma dirəkləri avtobus dayanacaqlarında taksilər üçün QR kod yaradıb və asıb. Əslində, onların bir çoxunun yaşayış icazəsi, nəqliyyat vasitələrinin giriş-çıxış müddəti keçib. Onların qanunsuz fəaliyyəti aşkar edildiyindən bu işlə məşğul olanlara cərimələr tətbiq edilməyə başlayıb və nəzarət getdikcə gücləndiriləcək”, - Akkaya deyib.

 

0.015275955200195