Ukrayna səfirinin müşaviri Göyçə gölündə batıb
Ukraynanın Ermənistandakı səfirinin müşaviri Göyçə gölündə batıb.
“Report” xəbər verir ki, bu barədə “Shamshyan” nəşri məlumat yayıb.
Bildirilib ki, onun meyiti saat 20:15-də sahildən 25 m aralıda aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanıb.
Qeyd edək ki, Ukraynanın Ermənistandakı diplomatik missiyasına səfir Oleksandr Sinçenko başçılıq edir.