Britaniya Müdafiə Qərargahının rəisi Kiyevə gəldi

Britaniya Müdafiə Qərargahının rəisi Kiyevə gəldi
 

Böyük Britaniya Müdafiə Qərargahının rəisi, admiral Toni Radakin Kiyevdə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ilə görüşüb.

Paralel.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" məlumat yayıb.

Zalujnı admiral Radakini döyüş meydanındakı vəziyyət, Ukrayna hərbçilərinin hücum və müdafiə hərəkətləri barədə ətraflı məlumatlandırıb.

Bundan əlavə, onlar Ukrayna ordusunun təcili ehtiyaclarını müzakirə ediblər.

Qeyd edək ki, Böyük Britaniya Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan Kiyevi ardıcıl olaraq dəstəkləyir. Xüsusilə, müasir tank və uzaqmənzilli raketləri Ukraynaya tədarük edən ilk ölkələrdəndir.

 

0.016577005386353