Hind - Avropaçılıq və Arilik 

Hind - Avropaçılıq və Arilik 
 

XIX əsrin əvvəllərində dillərinin mənşəyini araşdıran alman alimi F.Şleqer Hindistanın şimalında yaşayan braminların dili ilə alman dilinin uyğunluğunu aşkar etdi və buna görə "hind- german" dil qrupu barədə nəzəriyyə irəli sürdü. 1853 cü ildə fransız yazıçısı Jozef Artyur de Qobino "hind-avropa" xalqlarını həm də "ari xalqları" adlandırdı. Sonralar diğər Avropa xalqları da özlərini bu dil qrupuna aid etdilər, nəticədə "hind-avropa" dil ailəsi və "hind-avropa xalqlari" ifadələri yarandı.

Hitlerin hakimiyyətə gəlişindən sonra Almaniyada "ari irqi" haqqında nəzəriyyə daha aktual oldu. Buna təkan verən amillərdən biri də Hindistanın şimalında xaçın tapılması idi. Daha sonra Avropa tarixçiləri hind-avropa xalqlarının yaranması və miqrasiyası barədə əsərlər yazdılar.

Bu mövzu SSRİ də də aktual idi. 1936 ci ildə Stalinə Türkiyədə Turan hərəkatının genişlənməsi barədə məlumat verilir. Rəhbər həmyerlisi, osetin əsilli V.Abayevə türk xalqlarının tarixini yazmağı və bu vaxt türk sözündən istifadə etməməyi tapşırır. V.Abayev işin öhdəsindən layiqincə gəldi, "hind-avropa"nəzəriyyəsinin tərkib hissəsi olaraq Şərqdən gələn eyni tayfanı iki yerə böldü; birini skif arilər- irani xalqların və avropalıların əcdadı, digərini isə coban prototürk və protomonqol adlandıraraq türk xalqlarının əcdadı kimi təsnifləndirdi. Daha sonra tarixi ədəbiyyatda sarmatlar peyda oldu. Onları irani, slavyan və bəzi Qafqaz xalqlarının əcdadı kimi təqdim etdilər və bütün bu xalqlar hind- avropa xalqları, dilləri isə hind-avropa dili adlandırıldı. Araşdıraq görək irəli sürülən bu nəzəriyyə nə dərəcədə doğru idi?

Qeyd etmək lazımdır ki, hər hansı bir xalqlar qrupunun vahid ailə təşkil etməsi üçün onların genetik və dil baxımından uyğunluğu şərtdir. Yəni, bizim misalda hindlər, irani və Qafqaz xalqları avropalılarla həm genetik, həm də dil baxımından uyğun olmalıdırlar. Necə ki, bu uyğunluq iran, german və slavyan xalqlarında ayri ayrılıqda mövcuddur. Əvvəlcə avropa və hind xalqlarının genetikasını araşdıraq.

Təxminən 80 min il əvvəl Şimali Afrikadan Sibirə gələn köçlərin 45 min il əvvəl tayfa birlikləri formalaşdırdığı və dillərinin yarandığı düşünülür.

Genetik araşdırmalarda A,B,C haploqruplarından P-nin, P-dən K-nın, K-dan N,O,Q və P ilə K-nın qarışığından R-in yarandığı məlum oldu. D Tibetdə, F Hindistanda yaranıb. F-dən Qafqaz üçün xarakterik G və qaraçı geni hesab edilən H və Yaxın Şərq qrupu I, J törəyib.

K və Q Amerika hinduları (amerindlər), Q isə Avstraliya aborigenləri üçün xarakterikdir.

Ari haploqrupu hesab edilən R1a/R1a1a -nın kök genomu olan
R-in, Şimali Asiyada- Saxada, son Buzlaq Maksimumundan sonra, 26600 - 19000 il əvvəl ( diğər məlumatda 31-26 min il əvvəl) yarandığı təxmin edilir. Bu haploqrupun ən qədim nümunəsi (R *) İrkutsk bölgəsində, Malta adlı məskəndə, maral ovçuları qəbiləsində yaşayan bir oğlanda tapılıb. R-dən R1, daha sonra R1a, R1b, R2 və s. yaranıb. R1a-nın 24 min, R1b- nin isə 22 min il əvvəl Sibirdə yarandığı ehtimal edilir.

R1 26-13 min il əvvəl sırf türkdilli, nitqində heç bir iran- farslıqdan əsər-əlamət olmadan, antropoloji cəhətdən turani görünüşlü Amerikaya köç etmişdir. Onları bəzən Paleo-Amerikalılar, bəzən Amerikan-Turanlılar, bəzənsə "proto-amerikan-türklər" adlandırırlar.

Təxminən 20-18 min il bundan əvvəl R1a-nın Mərkəzi Asiyadan Cənubi Qafqaza və Orta Şərqə köçü başlayır. Bu köç ön türklərin (prototürklərin) köçüdür. Bu ehtimal R1a-M420-nin Zaqros bölgəsində, R1a-M198-in Şimali İranda/Aranda - Urmiya ətrafında tapılması ilə dəstəklənir. Bu subkladlarının 16-15 min il yaşı var.

R1b genomulu tayfaların Avropaya köçü isə nisbətən gec - 10-8-6 min il əvvəl başlayıb. Bunu Botayda son illərdə aparılan qazıntılara (8-6 min il əvvələ aid ilk əhilləşdirilmiş atçılıq mədəniyyəti) əsasən söyləyə bilərik. Belə ki, burada R1b-dən əlavə N və O tapılmış və demək olar ki, bunlar antropoloji cəhətdən amerindlərlə eynidir. Buradan belə nəticə çıxır ki, R1b Avropaya amerindlərin gedişindən xeyli sonra gəlmişdir. Gələrkən zahirən nə "nordik" və ya "norman" görünüşlü, nə də xalxa-mançur görünüşlü klassik monqoloidlər olmamışlar. Onlar müasir amerind, yəni o vaxtkı skif-sak və ya indiki Qərbi türklər kimi turani görünüşlü olmuşlar. Genomu N,O,Q,R olan bütün kişilərin əksəriyyəti turani görünüşlüdur.

Eyni zamanda R1b köçlərinin Mərkəzi Asiya-Cənubi Qafqazdan keçməklə İkiçayarasına gəldiyi və Şumer sivilizasiyasını qurduqları təxmin edilir. Bu ehtimal 1904-cü ildə Türkmənistanda amerikalı arxeoloq Pumpellinin e.ə. X -IX minilliklərə aid Anau şəhər mədəniyyətini kəşf etməsi və onların uzantısının Şumerdə üzə çıxması ilə dəstəklənir.
Bu mədəniyyət dünyanın ən qədim mədəniyyəti hesab olunur. Təkzibedilməz tarixi dəlillər əsasında bu sivilizasiyanı quranların turanlılar/ ön türklər olduğu sübut olunmuşdur.

Müasir dövrdə R- in və onun törəmələrinin ən zəngin olduğu bölgələr- Qərbi Avropa- R1b 70-90%, Şərqi və Mərkəzi Avropa- R1a -50% və Mərkəzi Asiyadır-R1a-50%. Avropa xalqlarının 80%-i turani xalqlardan formalaşıb. German, slavyan dillərinin türk və amerind dilləri ilə oxşarlığı da bununla izah edilir.

İndi isə hind xalqlarının genetikasını araşdıraq.
2015 ci ildə Harvard, Kaliforniya, Kuins (Böyük Britaniya), Vyana, Boloniya, Birbala Sahni (Hindistan), Şimal-Qərb (Çin), Əl-Farabi (Qazaxıstan) daxil olmaqla 20-dən artıq Universitetin alimləri Cənubi Asiyada 73 müxtəlif etnolinqvistik qrupdan (71 hindistanlı və 2 pakistanlı), 18 materik və 2 ada (Andaman və Nikobar adaları) populyasiyalarından 571 fərdin çoxsaylı metodlardan istifadə etməklə genom araşdırmasını apardılar.

Genom Müxtəlifliyi Panelinin (HGDP) təhlilləri göstərdi ki, Hindistanın materik əhalisində yerli xalq hesab edilən harappalarla (harappaların əcdadının 65 min il əvvəl Afrikadan gəldiyi təxmin edilir, onlar dravidlərin əcdadıdır, Y-xromosom haploqrupu L-dir) yanaşı, əvvəllər təxmin edilən iki- şimal (ANİ) və cənub (ASİ) nəsillərindən əlavə, daha iki dominant- Avstriya- Asiya (AAA) və Tibet-Birma (ATB) nəsilləri də var. ANI və ATB qrupları Mərkəzi, Cənubi və Şərqi Asiya ilə bağlıdır və çox güman ki, Şimal-Şərq və Şimal-Qərb dəhlizi ilə Hindistana köç etmişlər. AAA və ASİ qrupları isə cənubdan gəlmişlər.

ATB nəsilləri üçün Cənubi Asiyanın ən arxaik Y-xromosom haploqrupu C xarakterikdir.

AAA nəslinin haploqrupu Q-dür, onların qonşu xalqlar ilə oxşarlğı yoxdur. Y-xromosom Q2a1-M95 haploqrupunun genişlənməsinin təxminlərinə əsasən alimlər onların erkən köç dövründə - 5-4 min il bundan əvvəl Afrikadan Bab əl-Məndeb- "cənub marşrutu" ilə Hindistana gəldiyini təxmin edirlər.

Digər bir araşdırma Hindistan və Pakistan ərazisində ASİ nəslinin öyrənilməsi üçün aparıldı. 14 min il əvvəldən 300 il əvvələ qədər dövrü əhatə edən, 523 nəfərin genomlarının təhlili göstərdi ki, 7,4-5,7 min il əvvəl müasir Pakistan və Cənubi Hindistana Zaqros ətəklərindən köçlər gəlib. Bu köçlərin yerli dravidlərlə qarışığından ASİ nəsli yaranıb.

Mərkəzi Asiyalıların Hindistan yarımadasına köçü isə təxminən 4,5-4 min il bundan əvvələ təsadüf edir. Onların yerli sakinlərlə qarışması 3,5-3 min il bundan əvvəl baş vermiş və nəticədə ANI nəsili yaranmışdır. ANI və ASI qruplarının öz aralarında qarışmasının e.ə. 5-ci əsrdən sonra baş verdiyi, müasir hindlərin isə bir xalq kimi eramızın 5 ci əsrindən etibarən formalaşdığı təxmin edilir.

Yaxın Şərq regionlarının şimalında və Qafqazda R1a1a səviyyəsi qeyri- bərabərdir; bəzi xalqlarda yox dərəcəsində, bəzi xalqlarda isə çoxluq təşkil edir. Qafqazda tədqiq edilmiş bir neçə populyasiyada R1a1a-ya dair heç bir dəlil tapılmadığı halda, bu haplotip türk xalqlarında - qaraçaylarda 40% və balkarlarda isə 35% dir.

Digər bir araşdırmada Uralın, Mərkəzi Asiyanın və Pakistanın 500 dən cox sakininin genetik məlumatları öyrənildi. Cənubi Ural Dövlət Universitetinin əməkdaşı Andrey Epimaxovun bildirdiyinə görə Pakistan və Hindistanın şimalında yaşayan xalqlar genetik baxımdan yaxındır və onların bu ərazilərə Mərkəzi Asiyadan keşməklə Xəzər hövzəsindən gəldiyi təxmin edilir.

Alimlərin qənaətinə görə R1a1a 5 min il bundan əvvəl Cənubi Qafqazda yaranmış və oradan Qərbə, Şimala və Şərqə yayılmışdır. Beləliklə, R1a1a- nın ilkin olaraq Cənubi Qafqazda türk xalqlarında yarandığı düşünülür.

2003-2005 ci illərdə Hindistanda aparılan araşdırmalarda R1a-nın miqdarı ümumi Hindistan üzrə 16% qeyd edilirdi. Buna əsasən də "hind-avropa" nəzəriyyəsi dəstəklənirdi. Amma 2015 ci ildən sonra aparılan araşdırmalarda bu göstərici təsdiqini tapmadı. Ümumilikdə R1a1a Cənubi Asiyanın bəzi xalqları arasında yüksək göstəriciyə malikdir. Bu göstərici
Hindistana nisbətən Pakistan, Nepal və Şiri-lankada daha yüksəkdir. Pakistannın cənubunda- Sindh Mohanna qəbiləsində R1a1a 71%, şimalda Gilgit-Baltistanda 46%; Şri Lankada- Sinhalarda 23% (R-SRY1532); Nepalda Terai bölgəsindəki Çitvan rayonunda 69%, uzaq şimal-şərqdə- Manipuridə 50%, uzaq şimal-qərbdə- Pəncablılarda 47%; Hindistanın qərbində Lohansda 60%, şimalda Khatri qəbiləsində 67%, cənubda İyenqarlar arasında 31% və Çençularda 26%-dir. Hindistanda bu xalqlar azsaylı olduğundan R1a1a ümumi əhali nisbətində əhəmiyyətli rol oynamır.

Alimlərin fikrincə, müasir hindlərın 60-65%-i Hindistanın qədim sakinləri- harappa nəslindən olan xalqlardır. Onlardan sonra miqdar baxımından AAA, ATB, ASİ və ANİ nəsilləri gəlir. Hindistan əhalisinin təxminən 30 % H, 33% L haploqrupunun müxtəlif subkladlarına malikdir. "Hind- Avropa" termininin yaranmasına səbəb olan braminlər isə Hindistan əhalisinin 0,2 % təşkil edir və R2 haploqrupuna malikdirlər- 67%. R2 Almaniya qaraçılarında 53% təşkil edir.

Beləliklə, genetik sahəni tam araşdırdıq. Hindistan əhalisinin 60-65% harappa nəslindən olduğu halda, avropalıların 80% turani kökənlidir.

Hindi ilə avropa dillərinin də heç bir uyğunluğu yoxdur, amma hind dilində coxlu türkizmlər var. Təbii ki, bu coğrafiyada 600 illik türk hakimiyyəti öz izini qoymalı idi. Pakistanın rəsmi dili urdu- ordu dili olaraq yaranmış, türkcə və hindinin qarışığından ibarətdir.

Diğər məqam irani xalqlara əlaqədardır. Onlar da dillərini "hind-avropa" dil ailəsinə, özlərini isə "hind-avropa" xalqlarına aid edirlər. Bunu skif/sak dilindən irani dillərə keçən 100 ə yaxın sözün olması ilə əsaslandırırlar. Aparılan genetik araşdırmaların heç birində hind-iran xalqlarının avropa xalqları ilə uyğunluğu ortaya çıxmayıb.

İndi isə "ari" termininə aydınlıq gətirək. Müasir tarixşünaslıqda "arilər/aryanlar" və ya "ari irqi" - layiqli, hörmətli, nəcib mənasında işlədilir, hind-avropa xalqlarına və onların əcdadlarına aid edilir. Aryanlar yüksək mədəniyyətin daşıyıcıları və paylayıcıları kimi qədim və müasir böyük sivilizasiyaların baniləri hesab edilirlər. Yuxarıda qeyd etdiyim kimi, bu termin əvvəlcə avropa xalqlarına, XX əsrdən isə slavyanlara və irani xalqlara da aid edildi. Arilər R1a (R1a1a) haploqrupunun daşıyıcıları hesab edilirlər, keçən əsrin sonlarına qədər bütün avropa xalqları ari xalqları adlanırdı. Son 20 ildə genetik araşdırmalarda qərbi avropalıların 70-90% R1b (erbinlər) daşıyıcısı olduğu məlum olandan sonra bu mövzuya maraq azaldı.

Ari xalqları həm də Aryan olaraq təsnifləndirilir. Nədir bu Ariyanlıq? Ariyanlıq türklərin inanc növü idi, əsası isğəndəriyyəli Ari tərəfindən qoyulmuşdu. Ariyanlıq avropalılara cox yaxşı tanışdır və onlar XVI-XIX əsrlərdə Kilsənin rəhbərliyi altında ona qarşı mübarizə aparıblar. Bu barədə "Xristianlıq necə meydana gəldi?" başlıqlı yazımda geniş bəhs etmişəm. Hesab edirəm ki, arilər haqqında təsəvvürlər də buradan qaynaqlanır.

Beləliklə, yazdıqlarımı ümumiləşdirərək belə nəticəyə gələ bilərik ki, nə genetik, nə də dil baxımından hindlərlə avropalıları bağlayacaq əsaslı bir dəlil yoxdur. Ari haploqrupu hesab edilən R1a Mərkəzi Asiyada, R1a1a Cənubi Qafqazda yaranmışdır. Hindistanda R1a-nın müxtəlif alt tipləri var, amma bu əhəmiyyətsiz dərəcədədir. Ona görə də əminliklə deyə bilərik ki, "hind-avropa" nəzəriyyəsi əsası olmayan nəzəriyyədir və cəfəngiyyatdan başqa bir şey deyildir.

Müəllif: Tarixçi - Araşdırmaçı Qurban Qurbanov

"Paralel.az"

 

0.020267009735107