İrandan İsrailə təhdid: “Məhv etməliyik”

İrandan İsrailə təhdid: “Məhv etməliyik”
 

Livanın İsraillə sərhədinə səfər edən İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri Vahid Cəlalzadə "İsrailin varlığına son qoyulmalıdır" bəyanatını verib.

Paralel.az ” xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri Vahid Cəlalzadə rəhbərlik etdiyi nümayəndə heyəti ilə ölkənin cənubunda Fələstin-İsrail sərhədində yerləşən Marun ər-Ras kəndindəki İran bağını ziyarət edib. 

Cəlalzadə İran inqilabının rəhbəri Ayətullah Xomeyninin İsraillə bağlı açıqlamasına toxunaraq bəyan edib: “İsrail varlığına son qoymalıdır”. 

İran rəsmisi ölkəsinin Livan və Hizbullaha dəstəyini davam etdirəcəyini bir daha vurğulayıb.

Görüşdə iştirak edən Livan parlamentindəki deputat Həsən Fəddallah  İranın Livana dəstəyinə görə təşəkkür edib: “Xüsusilə ABŞ-nin sanksiyaları nəticəsində Livana gələn oksigeni və bütün yardımları kəsmək istəyən tərəflər var. Bütün bu çətinliyə baxmayaraq etdiyiniz yardıma görə təşəkkür edirik”. 

Cəlalzadə Beyrutda Livan parlamentinin sədri Nəbih Berri, xarici işlər naziri Abdulla Buhabib və Fələstin siyasi partiyalarının nümayəndələri ilə də görüşüb.

 

 

0.018937826156616