Avropada canlı yayımda silahlı hücum: 2-si türk olmaqla 3 nəfər öldü - VİDEO

Avropada canlı yayımda silahlı hücum: 2-si türk olmaqla 3 nəfər öldü - VİDEO
 

Bosniya və Herseqovinanın Qradaçak şəhərində fitnes məşqçisi Nermin Sulejamnovic adlı şəxs sosial media hesabında canlı yayım açaraq keçmiş həyat yoldaşına atəş açıb.

Paralel.az İHA-ya istinadla xəbər verir ki, keçmiş arvadını öldürdükdən sonra atəş açmağa davam edən cinayətkar türk əsilli ata Önder Cengiz və 23 yaşlı oğlu Denis Cengizin də ölümünə səbəb olub. 

Həmçinin o polisdən qaçarkən bir polis əməkdaşını, öldürülən uşağın anasını və başqa bir şəxsi yaralayıb.

Sulejamnovic sosial şəbəkə hesabında canlı yayım açaraq "İndi canlı yayımda qətlin necə olduğunu görəcəksiniz" deyib.

Daha sonra cinayətkar həbs olunmamaq üçün intihar edib.

 

0.015482902526855