Rəqabət aparan oyunçuların heç biri Azərbaycana təzyiq emtək niyyətində deyil - “Kommersant”

Rəqabət aparan oyunçuların heç biri Azərbaycana təzyiq emtək niyyətində deyil - “Kommersant”
 

“Gərgin Azərbaycan-Ermənistan sülh danışıqlarında fasilə yaranıb və sonuncu təmas iyulun sonunda Moskvada baş tutub. Diplomatik sakitlik fonunda isə Qarabağ ətrafındakı vəziyyətlə bağlı bəyanatların və ittihamların çoxluğu xüsusilə nəzərə çarpır”.

Paralel.az ” xəbər verir ki, bu fikir “Kommersant” qəzetində İrəvan-Bakı arasındakı sülh prosesləri ilə bağlı məqalədə qeyd olunub.

Mövcud durumun şərh edildiyi məqalədə qeyd olunur ki, Bakı Qarabağ ermənilərinin problemini öz daxili işi hesab etdiyindən bu məslənin həllində hər hansı kənar qüvvənin müdaxiləsinə yol vermək istəmir və bu məsələdə  qətiyyətli mövqe nümayiş etdirməkdədir. 

Erməni tərəfi də Bakıya təzyiq vasitəsi kimi bu məsələni beynəlmiləlləşdirməyə çalışırlar. Ermənilər bu məqsədlərinə nail olmaq üçün Qarabağdakı ermənilərə qarşı “soyqırımı”,  “blokada”, “humanitar fəlakət” şousundan istifadə etməyə çalışır. Buna baxmayaraq, Bakı mövqeyində qətiyyətlidir və bəyan edir ki, Qarabağdakı erməni icmasının iki yolu var, ya Azərbaycan cəmiyyətinə inteqrasiya olub vətəndaşlığı qəbul edir, ya da ki, bu coğrafiyanı tərk edir. Bundan əlavə Bakı Qarabağdakı erməni icmasının istənilən təminatını təchiz etmək üçün Ağdam-Xankəndi yolunu və erməni icması ilə danışıqlara getməyi təklif edir. Bu yol açıldıqdan sonra isə Xankəndi-Goris yolunu paralel olaraq açmağa hazır olduğunu bəyan edib. 

Məqalədə o da qeyd olunub ki, Bakının bu təklifi Rusiya XİN başçısı tərəfindən erməni tərəfinə çatdırılıb və Moskva bu məsələdə qarant tərəf kimi vasitəçi olmağa hazır olduğunu bəyan edib. Lakin erməni tərəfi Bakının bu təklifindən imtina edib.

Məqalədə qeyd olunub ki, beynəlxalq aləm və məsələnin həllində vasitəçi rolunda iştirak edən tərəflər də bu məsələdə beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğundan Bakıya təzyiq edə bilmir:

“Reallıq budur ki, regionda nüfuz uğrunda bir-biri ilə rəqabət aparan oyunçuların heç biri Azərbaycana şifahi xəbərdarlıqdan kənara çıxmağa hazır görünmür. Rusiya, Aİ və ABŞ Bakı ilə İrəvan arasında potensial sülh müqaviləsini qorxutmamaq üçün ehtiyatlı davranır və paralel olaraq əsas sülhməramlı olmaq hüququ uğrunda yarışırlar”, - “kommersant” yazır.

 

 

0.012044906616211