Zelenski müdafiə nazirini istefaya göndərir

Zelenski müdafiə nazirini istefaya göndərir
 

Ukrayna prezidenti Volodimir Zelenski müdafiə naziri Aleksey Reznikovun istefaya getməsi ehtimalını yenidən nəzərdən keçirir. 

Paralel.az ” “Ukrainskaya pravda”ya istinadən  xəbər verir ki, yeni nazir vəzifəsinə iki namizəd nəzərdən keçirilir.

“Birincisi, Ukraynanın baş nazirinin müavini və yenidənqurma naziri Aleksandr Kubrakov, ikincisi, Ukraynanın strateji sənaye naziri Aleksandr Kamişindir”, - nəşr hökumətin məlumatlı mənbələrinə istinadən yazır.

O da qeyd olunur ki, Reznikov Böyük Britaniyaya səfir olmağın əleyhinə deyil. Belə bir perspektivin həqiqətən nəzərdən keçirilib-keçirilmədiyi nəşrə məlum deyil.

 

0.017601013183594