Livanın müdafiə nazirinə silahlı hücum

Livanın müdafiə nazirinə silahlı hücum
 

Livanın paytaxtı Beyrutda naməlum şəxslər müdafiə naziri Muris Slimin maşınına atəş açıb. 

Paralel.az “Haber7com”a istinadla xəbər verir ki, nazir heç bir xəsarət almadan xilas olub.

Müdafiə naziri Slim yerli televiziyaya hücumla bağlı qısa açıqlama verib.

“Avtomobilimə silahlı hücum edilib. Mən yaxşıyam, amma avtomobilimin arxa şüşələri güllələrdən qırılıb”.

Hücumla bağlı hökumət və təhlükəsizlik rəsmilərindən hələlik heç bir açıqlama verilməyib.

 

 

0.016440868377686