Bu ölkədə də “Barbie”nin nümayişinə qadağa qoyuldu

Bu ölkədə də “Barbie”nin nümayişinə qadağa qoyuldu
 

Küveyt hakimiyyəti ictimai əxlaqı və sosial adətləri qorumaq məqsədilə “Barbie” və “Talk to Me” filmlərini qadağan edib.

Paralel.az ” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Küveyt İnformasiya Nazirliyinin Mətbuat və Yayım Müşavirinin müavini və Kino Filmlərə Nəzarət Komitəsinin sədri Lafi əs-Sabii açıqlama verib.

“Komitə filmin nümayişinə icazə verməzdən əvvəl narahatedici səhnələrin silinməsini tələb edir. Əgər filmdə cəmiyyətin dəyərlərinə uyğun olmayan mesaj varsa, onun yayımlanması qadağandır. Bu məzmunlu istənilən filmə aiddir. Bu, xalqımızın dəyərlərinə, adət-ənənələrinə uyğun gəlmir”, - o bildirib.

0.026945114135742