Ukrayna özü qərar verməlidir - Valtonen

Ukrayna özü qərar verməlidir - Valtonen
 

Ukrayna suveren dövlətdir, sülh danışıqlarının şərtlərini və Rusiya ilə müharibənin bitməsini özü müəyyən etməlidir.

Paralel.az xəbər verir ki, bu barədə Finlandiya xarici işlər naziri Elina Valtonen deyib.

Valtonenin sözlərinə görə, Qərb ölkələri hazırda müharibəni dayandırmaq üçün Ukraynaya qətiyyətlə, ciddi şəkildə və israrla əlindən gələn köməyi edir:

“Sonda dünyanın nəyə bənzəyəcəyini müəyyən etmək Ukraynanın işidir. Xüsusilə indiki mərhələdə Ukraynaya hər hansı istiqamətdə təzyiq edilməməsi çox vacibdir”.

 

0.026329040527344