Ekvadorda milli matəm elan edildi

Ekvadorda milli matəm elan edildi
 

Ekvador Prezidenti Gilyermo Lasso prezidentliyə namizəd Fernando Villavisensionun öldürülməsi ilə bağlı ölkədə üç günlük milli matəm elan edib.

Paralel.az   xəbər verir ki, bu barədə “El Universo” qəzeti məlumat yayıb. 

"Fernando Villavisensionun xatirəsini yad etmək üçün üç günlük milli matəm elan edirəm", -  deyə o bildirib.  

Qeyd edək ki, Ekvadorda prezidentliyə namizəd Fernando Vilyavisensio seçkiqabağı mitinqdən sonra qətlə yetirilib.

 

0.018908977508545