Kuleba: “Bunu ancaq Ərdoğan bacarar”

Kuleba: “Bunu ancaq Ərdoğan bacarar”
 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təcavüzkar ölkə Rusiya müqavilədən çıxdıqdan sonra Qara Dəniz Taxıl Təşəbbüsünün fəaliyyətini bərpa edə bilər. 

Paralel.az ” xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba “Corriere della Sera”ya müsahibəsində deyib.

Ondan Ərdoğanın “taxıl sövdələşməsini” geri qaytarmaq şansının olub-olmadığını soruşublar.

“Düşünürəm ki, o bacarar”, - Kuleba deyib.

Kulebanın sözlərinə görə, Ukrayna tərəfi bilir ki, “Türkiyə diplomatiyası Rusiya ilə işləyir”.

Nazir onu da əlavə edib ki, Ukrayna Qara dənizdən yan keçərək buğda və digər məhsulların ixracı üçün alternativ marşrutlar qurur.

Mürtəza
Paralel.az

 

0.014533996582031