Çörək, pendir, kərə, qarpız, pomidor, xiyar ucuzlaşdı - SİYAHI

Çörək, pendir, kərə, qarpız, pomidor, xiyar ucuzlaşdı - SİYAHI
 

Azərbaycanda iyulda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi iyunla müqayisədə 98,5%, ötən ilin iyul ayına nisbətən isə 109,7% təşkil edib.

Paralel.az ” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, ayrı-ayrı ərzaq məhsullarından daha çox azalma çörəyin, unun, qarabaşaq yarmasının, vaflinin, təzə balığın, yoqurtun, südün, pendirin, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, qarpızın, yemişin, üzümün, bananın, armudun, gavalının, bibərin, badımсanın, xiyarın, pomidorun, göy lobyanın, soğanın, kartofun, konfetlərin, çayın, mineral suların, arağın, artım isə əsasən qoyun ətinin, zeytun yağının, gilasın, əriyin, kələmin, sarımsağın, çuğundurun, yerkökünün, şəkər tozunun qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

 

0.018604040145874