Daha bir Afrika ölkəsindən Fransaya zərbə: Müqavilə ləğv edildi

Daha bir Afrika ölkəsindən Fransaya zərbə: Müqavilə ləğv edildi
 

Qərbi Afrika ölkələri Fransaya qarşı addımlarını davam etdirir. Paris rəhbərliyinin müstəmləkə keçmişini hədəf alan son addım Burkina Fasodan gəldi. 

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, Burkina Faso Xarici İşlər Nazirliyi Fransaya verilən vergi güzəştlərinin sona çatdığını açıqlayıb.

Burkina Faso Xarici İşlər Nazirliyinin Fransa Xarici İşlər Nazirliyinə göndərdiyi məlumat notasında Fransa şirkətləri və vətəndaşlarının xeyrinə tətbiq edilən “İkiqat vergitutmadan qaçınma” müqaviləsinə xitam verildiyi bildirilib. Xitamın 3 ay ərzində qüvvəyə minəcəyi qeyd olunub.

Anlaşmaya görə, Burkina Fason uzun illərdir ciddi gəlir itkisi yaşayır. Müqavilənin ləğvi ilə əhəmiyyətli miqdarda vergi gəliri əldə edəcəyi bildirilir.

 

 

0.017238140106201