Nigerdə yeni hökumət formalaşdırıldı

Nigerdə yeni hökumət formalaşdırıldı
 

Nigerdə qiyamçılar yeni hökumət formalaşdırıblar.

Axar.az xəbər verir ki, bu barədə “ActuNiger” portalı məlumat yayıb.

Məlumata görə, Niger qiyamçılarının lideri, Vətənin Xilası Milli Şurasının sədri Ədürrəhman Tçiani yeni keçid dövrü hökumətinin formalaşdırılması ilə bağlı fərman imzalayıb.

Məlumata görə, yeni hökumətə 20 nazir daxil edilib. Onların arasında həm mülki şəxslər, həm də hərbçilər var.

 

0.015013933181763