Böyük Britaniya və Türkiyə arasında saziş imzalanıb

Böyük Britaniya və Türkiyə arasında saziş imzalanıb
 

Böyük Britaniya və Türkiyə qeyri-qanuni miqrasiyanın Avropaya axınını azaltmaq üçün saziş imzalayıb.

Bu barədə Britaniyanın daxili işlər naziri Suella Braverman məlumat verib.

“İki ölkə arasında əldə edilmiş razılığa görə, Türkiyənin və Britaniyanın polis xidmətləri qanunsuz miqrasiya, insan alveri və qayıq ticarətinə qarşı geniş birgə əməliyyatlar keçirəcəklər” – deyə Suella Braverman vurğulayıb.
Xatırladaq ki, Britaniyanın Baş nazir Rişi Sunak iqtidara gəlməzdən əvvəl seçicilərə ölkədə qeyri-qanuni miqrasiyanın qarşısını alacağına dair söz vermişdi.

 

0.015578985214233