Şoyqu: Qərbin Kiyevə yardımı 160 milyard dolları ötüb

Şoyqu: Qərbin Kiyevə yardımı 160 milyard dolları ötüb
 

NATO ölkələri, Aİ və onların müttəfiqlərindən Kiyev rejiminə yardımın ümumi məbləği 160 milyard dolları ötüb.

Paralel.az ” xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu kollegiya iclasında bildirib.

O qeyd edib ki, bundan əlavə olaraq Birləşmiş Ştatlar “müttəfiqlərindən daha uzun mənzilli və ölümcül silahların tədarükünə can ataraq, payı davamlı olaraq artırır”. 

“Məsələn, may ayında Britaniyanın “Fırtına kölgəsi” uzaqmənzilli idarə olunan raketləri Ukraynaya ötürülüb. Bundan əlavə, NATO ölkələri F-16 taktiki qırıcılarının Kiyevə təhvil verilməsi məsələsi üzərində fəal işləyirlər”, - Şoyqu bildirib.

 

 

0.028300046920776