Çinin ən zəngin adamı bu yolla varlanıb

Çinin ən zəngin adamı bu yolla varlanıb
 

“Yalnız Qurd” ləqəbli Zonq Şanşanın sərvəti nə texnologiya, nə də istehsalat sahəsi ilə bağlıdır.

Paralel.az xarici “Gloob” a istinadən xəbər verir ki, yoxsulluq içində doğulan, fəhlə və dülgər kimi işləyən Zonq, radio və televiziya fakültəsinə daxil olmağı bacarıb və sahibkarlarla müsahibə ilə məşğul olub.

Sahibkarlardan təsirlənən Zonq nəhayət öz işini qurmaq qərarına gəlib.

Bununla belə, göbələk yetişdirmək, karides yetişdirmək və tısbağa satışında uğursuz cəhdlərdən sonra Zonq ölkəsində sağlamlıq barədə məlumatlılığın artdığını görüb.

Suyun heç vaxt dəbdən düşməyəcək yeganə biznes olduğuna qərar verdikdən sonra o,“Nongfu” bulaq suyunun istehsalına başlayıb.

Əlavə minerallar və süzülməmiş su vədi çinli müştərilərdə maraq doğurub.
2012-ci ildə Zonqun “Nongfu Spring” şirkəti Çinin ən böyük qablaşdırılmış məhsul şirkəti olub.

Qeyd edək ki, bu gün onun sərvəti bu gün 63 milyard dollardır və bu onu dünyanın 20-ci ən varlı adamı edir.

Məhəmməd Allahyarlı (təcrübəçi)

 

0.017641067504883