Ermənilərin təxribatı: Moskva-Tehran-Parisin məqsədi

Ermənilərin təxribatı: Moskva-Tehran-Parisin məqsədi
 

Azərbaycan və Ermənistan liderlərinin görüşü öncəsi erməni tərəfi vəziyyəti gərginləşdirib. Onların təxribatlar törətməklə sülh danışıqlarını pozmağa yönəlik hərəkətləri bir növ ənənə halını alıb. Biz bunu Azərbaycan-Rusiya-Ermənistan liderlərinin növbəti görüşü öncəsi də müşahidə etməkdəyik. 

Son günlərdəki təxribatçı və reavanşist cəhdləri birmənalı şəkildə onu deməyə əsas verir ki, erməni tərəfi sülhə hazır deyil. Məqsəd sülh prosesini pozmaqdır. Sülh prosesinin pozulmasında ermənilərlə yanaşı, onlara havadarlıq edib bölgədə sülhü istəməyən bəzi güclərdir. Həmin güclər və ölkələr İrəvana təzyiq etmək və ya birbaşa dəstək verməklə buna nail olmağa çalışırlar. İrəvanla Bakı arasında sülhün yaranmasını istəməyən qüvvələr ilk növbədə Rusiya, İran, Fransa və erməni lobbisinin nəzarətində olan bəzi digər güclərdir. Adı çəkilən güclər hər vasitə ilə sülh prosesinə əngəlliklər yaradır.   

Moskva və Tehran bölgədə dominantlığını qoruyub saxlamaq, Qərbin bölgəyə girişinə imkan verməmək üçün İrəvana təzyiqlər edib sülh sazişini öz gündəliklərinə uyğun şəkildə hazırlanmasını istəyirlər. 

Fransa isə yaranan geosiyasi boşluqdan istifadə edib. Ermənistan vasitəsi ilə bölgədə mövqeyini möhkəmləndirməyə çalışır. Ona görə də Paris həm Moskva-Tehran, həm də Qərbin oyunlarından faydalanmağa çalışır. 

Bu məqsədlə də həmin güclər görüş yaxınlaşdıqca vəziyyəti daha da gərginləşdirmək üçün nəzarətlərində olan və hələ də reavanşist ideyalardan əl çəkməyən azsaylı erməni qruplardan bir alət kimi istifadə edib ən müxtəlif təxribatlar törətməyə cəhd edirlər.

Əgər bundan öncəki görüşlər ərəfəsində sərhəddə atəşkəsi pozub təxribat törədirdilərsə, bu dəfə bir az fərqli taktikaya əl ataraq beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik və daxili işlərinə müdaxilə cəhdləri ilə həyata keçirməyə çalışırlar.  

Ermənistan “humanitar şou” təşkil etməsi və bunun ardınca “səlibçilər”in Laçın sərhədinə göndərilməsi, Xankəndidəki irredentist qüvvələrin “aclıqdan, xəstəlikdən öldük”, “blokdadan əziyyət çəkirik” kimi “şou”ları bu qəbildən olan təxribat cəhdləridir. Erməni tərəfinin bütün bu addımları beynəlxalq hüquq norma və prinsiplərinə tamamilə zidd olmaqla yanaşı, Azərbaycan dövlətçiliyinə qəsd cəhdidir. 

Ermənistan Xankəndidəki irredentist qüvvələrlər fəaliyyətlərini sinxronlaşdırıb təxribatlara əl atması, görüşün yaxınlaşdıqca daha da artması ehtimal olunur. Ermənilər bu taktikaya əl atmaqla Azərbaycana təzyiq etməyi düşünürlər. Amma unudurlar ki, bu metodlarla Azərbaycana təzyiq etmək qeyri-mümkündür və sonucda fiaskoya məhkumdurlar. Çünki Bakı Azərbaycana yönəlik təxribat cəhdlərinə imkan verməyəcək və bunun qarşısını qətiyyətlə alacaq. Beynəlxalq hüquq da Bakıya Azərbaycana yönəlik təxribat cəhdlərinin qarşını almaq üçün bütün hüquqi əsasları verir.

Digər məqam isə ondan ibarətdir ki, danışıqlarda diktə edən tərəf Bakıdır. Güzəştə getməli olan tərəf isə Ermənistan. Erməni tərəfinin hər pozucu cəhdi danışıqlar prosesində Bakının daha ağır şərtləri ilə üzləşməli olur. Yekunda isə həmin şərtləri qəbul etmək zorunda qalırlar. O baxımdan da bu təxribatçı cəhdlər ermənilərdən daha çox onların havadarlarının və bölgədə sülhü istəməyən güclərin marağına, Cənubi Qafqazda marağı olan güclər arasında toqquşma meydanına çevrilməsinə xidmət edir ki, bundan da itirən tərəf yenə də Ermənistan və sadə ermənilər olacaq. Onlar bu yolla bölgədə maraqlarını təmin edib mövqelərini möhkəmləndirməyi düşünürlər. 

Mürtəza
Paralel.az

 

0.024145126342773