Türkiyədən əsrin hədəfləri ilə bağlı mesaj: Tam zamanıdır, yeni bir dünya qurulacaq

Türkiyədən əsrin hədəfləri ilə bağlı mesaj: Tam zamanıdır, yeni bir dünya qurulacaq
 

“Qarşımızda hər zaman daha böyük hədəflər olub. İndi qarşımıza fərqli məqsədlər qoymalıyıq. Türk əsrinin hədəfləri bunlardır”.

Paralel.az ” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş 14-cü Səfirlər Konfransı çərçivəsində səfirləri qəbul edərkən deyib.

O, görüşdə çox mühüm açıqlamalar və diqqətçəkən mesajlar verib:

“Biz sözü güclü, gücü təsirli bir Türkiyə yaratmalıyıq. Amma təkbaşına deyil. Bu gücü sözün arxasına qoya bilmirsənsə, ancaq həqiqəti söyləyən ölkə olacaqsan. Sözlərinizin arxasına güc qoya bilməyəndə, arabir dediklərinizin heç bir təsiri olmadığı ilə qarşılaşacaqsınız”, - Kurtulmuş qeyd edib. 

O əlavə edib ki, bu baxımdan xarici siyasət vekrotundakı hədəflər gücləndirilməli, Türkiyənin mövqeyi möhkəmlənməlidir: “Zaman-zaman Türkiyənin mövqeyini nəzərə almayıb sıxışdırmağa çalışıblar. Amma indi məqam yetişib... İndi Türkiyə belə bir güc və qüdrət əldə edib. Türkiyənin bu hədəflərini həyata keçirməliyik.

“Türk əsri”ni qarşıdakı dönəmdə güclü Türkiyənin dünyada əhəmiyyətli bir aktor olduğu bir zamanda edəcəyik”. 

TBMM sədri onu da bildirib ki, artıq kimin istəməsindən, hansı gücə sahib olmasından asılı olmayaraq dünya sisteminin belə davam etməsi mümkün deyil:

“Yeni bir dünya qurulacaq və Türkiyə burada mütləq lider rolunu qoruyub saxlayacaq”.

 

0.013576030731201