Polislər suni intellektə arxalanaraq yalnış həbs həyata keçirdi

Polislər suni intellektə arxalanaraq yalnış həbs həyata keçirdi
 

ABŞ-də polis süni intellektin üz tanıma vasitələrinə arxalanaraq yalnış həbslər həyata keçirib. 

Paralel.az “HaberGlobal”a istinadla xəbər verir ki, polis süni intellektdən istifadə edərək 8 aylıq hamilə olan Porça Vudrufu saxlayıb.

Porça fevral ayında Detroit polisi tərəfindən evindən aparıldığını bildirib.

Sonda məlum olub ki, hamilə qadın bu cinayətləri törətməyib. Polis agentliyinin istifadə etdiyi üz tanıma proqramı onu səhvən müəyyən edib.

Porça hazırda səlahiyyətliləri məhkəməyə verməyə hazırlaşır.

Mütəxəssislər bildirirlər ki, hüquq-mühafizə orqanlarında süni intellektdən geniş istifadə olunduqdan sonra 6 qaradərili vətəndaş qanunsuz olaraq həbs edilib.

 

0.01960301399231