"Beşiktaş" əsas hücumçusunu sata bilər

 

"Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi olan Türkiyə "Beşiktaş"ı aparıcı futbolçularından Vensan Abubakarla vidalaşa bilər.

Paralel.az xəbər verir ki, Rusiyanın "Spartak" (Moskva) klubu kamerunlu hücumçunu transfer etmək istəyir.

İddiaya görə, İstanbul təmsilçisi 6 milyon avro təzminat qarşılığında 31 yaşlı forvardla yollarını ayırmağa hazırdır.

"Qara qartallar"la 2+1 illik müqaviləsi olan təcrübəli oyunçu ötən mövsümün ikinci yarısında meydana çıxdığı 16 Superliqa matçında 13 qol vurub və 2 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Neftçi" və "Beşiktaş" arasında ilk oyun avqustun 10-da Bakıda, cavab matçı isə bir həftə sonra İstanbulda olacaq.(report)

 

0.028248071670532