ABŞ “Abrams” tanklarının göndəriləcəyini rəsmən təsdiqlədi

ABŞ “Abrams” tanklarının göndəriləcəyini rəsmən təsdiqlədi
 

Amerika Birləşmiş Ştatları “Abrams” tanklarının ilk partiyasının Ukraynaya göndəriləcəyini rəsmən təsdiqləyib.

Paralel.az ” xəbər verir ki, bunu ABŞ ordusu üçün silahlar alan Duq Buş deyib.

Onun sözlərinə görə, payızın əvvəlində “Abrams” tanklarının ilk partiyasının Ukraynaya çatdırılması gözlənilir:

“Onlar (Tanklar – Qeyd) hazırdır. İndi hər şeylə birlikdə Avropaya, sonra da Ukraynaya getməlidirlər. Sursat, ehtiyat hissələri, yanacaq avadanlığı, təmir obyektləri. Yəni bunlar sadəcə tanklar deyil, bu onlarla birlikdə gələn tam paketdir”.

 

0.020920991897583