Liderlər Nigerdəki vəziyyəti müzakirə edəcək

Liderlər Nigerdəki vəziyyəti müzakirə edəcək
 

Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinə (ECOWAS) daxil olan ölkələrin liderləri avqustun 10-da Nigerdə​ baş vermiş çevrilişdən sonra bu ölkədə yaranmış vəziyyəti müzakirə etmək üçün görüş keçirəcəklər.

Bu barədə “Paralel.az ” xarici KİV-ə istinadən xəbər verir.

ECOWAS-ın nümayəndəsi Emos Lunqu qurumun Nigerdəki vəziyyəti müzakirə etmək üçün avqustun 10-da mənzil-qərargahının yerləşdiyi Nigeriyanın paytaxtı Abucada fövqəladə sammit keçirəcəyini söyləyib.

Xatırladaq ki, ECOWAS-ın Nigerdə ​​hakimiyyətdən devrilmiş prezident Məhəmməd Bazumu yenidən postuna qaytarmaq üçün verdiyi ultimatumun müddəti dünən başa çatıb.(Report)

 

0.020774126052856