Britaniya hökuməti qaçqınları bu adaya göndərmək istəyirlər

Britaniya hökuməti qaçqınları bu adaya göndərmək istəyirlər
 

Böyük Britaniya hökuməti ölkəyə qeyri-qanuni yollarla gələn mühacirləri Atlantik okeanında yerləşən Ascension adasına göndərə bilər.

“Paalel.az” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Times” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, mühacirlər yaşamağa daimi bir yer tapana qədər 4000 mil uzaqlıqdakı Ascension adasında yerləşdirilə bilərlər.

Britaniya Daxili İşlər Nazirliyinin Təhlükəsizlik məsələri üzrə Dövlət Katibi Sarah Dines sığınacaq axtaran şəxslərin bu adaya köçürülüb-köçürülməyəcəyi ilə bağlı sualı cavablandırarkən bunları deyib: “Onların Ruanda Respublikasına köçürülməsinin qanuni olduğuna əminik. Lakin bununla belə, digər dövlətlər kimi, biz də əlavə yollar axtarırıq”.

“The Times” nəşri yazır ki, Britaniya hökuməti keçən il Ruanda ilə imzalanmış immiqrasiya müqaviləsinə bənzər bir razılaşma üçün Qana, Nigeriya, Namibiya, Mərakeş və Niger də daxil olmaqla ən azı beş ölkə ilə danışıqlar aparır.

Qeyd edək ki, sözügedən razılaşmaya görə, Britaniyada yaşayan qeyri-qanuni mühacirlər birbaşa Ruanda Respublikasına göndərilir.

Böyük Britaniyanın bu yolla ölkədəki qanunsuz immiqrasiya problemini həll etməyə çalışdığı bildirilir.

0.016498804092407