“Müharibənin sonunadək gəmisiz qala bilərlər...” – Zelenski Rusiyanı hədələdi

“Müharibənin sonunadək gəmisiz qala bilərlər...” – Zelenski Rusiyanı hədələdi
 

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Qara dənizi və Azov dənizini blokadaya aldığına görə cavab verəcəyini bildirib.

"Paralel.az" xəbər verir ki, Argentinanın Cənubi Amerikada tanınan "La Nacion" nəşrinə müsahibə verən Ukrayna Prezidenti Rusiya hərbi donanmasına sarsıdıcı zərbələri davam etdirəcəklərini söyləyib: "Ukrayna öz sularını blokadadan çıxarmağın yollarını tapmalıdır. Əgər Rusiya Qara dənizdə dominantlığını və blokadanı davam etdirəcəksə, Ukrayna eynilə öz imkanlarının müdafiəsi üçün lazım olanları edəcək. Onlar atəş açmağı davam etdirsələr, müharibənin sonuna qədər gəmisiz qala bilərlər".

hücumlarına cavab verəcək və Qara dənizdə taxıl daşınmasının təhlükəsizliyini təmin etmək üçün bütün vasitələrə əl atacaq.

Xatırladaq ki, son günlər Qara dənizdəki Rusiya hərbi gəmilərinə və tankerlərinə hücumlar artıb. Hətta son zamanlara qədər əlçatmaz hesab edilən Novorossiysk limanı belə Ukrayna tərəfindən vurulub.

0.017117977142334