Talibandan qadınlar üçün daha bir qadağa

Talibandan qadınlar üçün daha bir qadağa
 

Taliban qadınlara tətbiq etdiyi məhdudiyyətlərə yenisini əlavə edib.

Paralel.az "BBC"yə istinadla xəbər verir ki, Qəzni əyalətində 10 yaşdan yuxarı qızların təhsil almasına qadağa qoyulub.

Talibanın idarə etdiyi Təhsil Nazirliyi məhdudiyyət barədə məktəb direktorlarına məlumat verib.

Bildirilib ki, Taliban rəsmiləri direktorlara 3-cü sinifdən yuxarı olan qızları evlərinə göndərməyi tapşırıb.

Xatırladaq ki, ən son olaraq Taliban musiqi alətlərini “cəmiyyətdə mənəvi pozğunluq, gənclərin inkişafına mənfi təsir və İslama qarşı” kimi əsaslarla məhv edib.

Günay

 

0.0172278881073