Abramyan: “Arutyunyanın müsahibəsi daha böyük psixoloji problemlər yaratdı”

Abramyan: “Arutyunyanın müsahibəsi daha böyük psixoloji problemlər yaratdı”
 

Arutyunyanın "eksklüziv" müsahibəsi göstərdi ki, Qarabağ ermənilərini istiqamətləndirəcək və xilas edəcək lider yoxdur.

Paralel.az ” xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

“Mən Arayik Arutyunyan üzərində çox dayanmaq istəmirəm. 2018-ci il erməni çirkinliyinin ideoloqu və onun Qarabağda yayıcısı olmuş və bunun fəxrlə etirafçısı olan bu şəxsi tanımaq üçün kifayətdir. Amma mən başqa bir şey üzərində dayanmaq istəyirəm. Bir həftə, bəlkə də daha çox idi ki, Arutyunyanın müstəsna bəyanatlar verəcəyi səslənirdi və Qarabağ ermənilərində müəyyən gözləntilər formalaşırdı.

Qarabağ erməniləri inanırdı ki, Arutyunyan həm vəziyyətin əsl səbəbləri, həm də atılacaq addımlar barədə aydın danışacaq. Sadə dillə desək, tunelin sonundakı işığı göstərəcək. 
Əksinə, Arutyunyanın müsahibəsi Qarabağda daha böyük psixoloji problemlər yaratdı. Çünki onun çıxışında hərəkət istiqamətləri, Qarabağın gələcəyi, idarə olunması və xalqın gələcəyi haqqında heç nə yox idi”, - Abramyan qeyd edib.

 

0.013161897659302