Dünya şöhrətli model xəstəliyi səbəbindən peşəsinə ara verdi 

Dünya şöhrətli model xəstəliyi səbəbindən peşəsinə ara verdi 
 

Fələstin əsilli amerikalı model Bella Hadid instaqram hesabından etdiyi paylaşımla onu sevənləri kədərləndirib.

Paralel.az xəbər verir ki, o paylaşımda 15 ildir ki Laym xəstəliyindən əziyyət çəkdiyini qeyd edib.

Model bütün xəstəlik zamanı yanında olan və ona ən böyük dəstəyi verən anası Yolanda Hadidə təşəkkür edib. 

“Bütün tibbi qeydlərimi saxlayan, heç vaxt yanımdan ayrılmayan, məni qoruyan və dəstəkləyən, hər şeydən çox mənə inanan anama təşəkkür edirəm". 

İyul ayında modelliyə ara verdiyini açıqlayan Bella xəstəliyinin son 4 ayda daha da ağırlaşdığını və müalicənin artıq gündəlik hal aldığını bildirib.

Bu qərardan dərhal sonra o, sevgilisi Mark Kalmanla 2 illik münasibətinə son qoyub.

Xəstəlik məşhur modelin həm işini, həm də sevgisini əlindən alıb.

 

 

0.036501169204712