“Rus dilinin izahlı lüğətinə" izahlar -Həsən müəllim yazır...
Böyük rus dilçisi S.İ.Ojeqovun “RUS DİLİ LÜĞƏTİ”ni səhifələyərkən sözlərə verilən izahlar diqqətimi cəlb etdi.Həqiqətən bir daha mənə məlum oldu ki, rus alimləri də teolinqvistikadan xalidirlər.Lüğətdə rus dilinə keçmə sözlər bütün dillərdə olduğu kimi sezilir.Lakin bir çox hallarda doğma rus dili sözü kimi verilmiş məfhumların leksik etimologiyalarının izinə belə düşülməmişdir.Bəlkə də mən buna obyektiv səbəb deyərdim.Yəni bütün dillərdə TEOLİNQVİSTİKA haqqında anlayış dilçi alimlər tərəfindən öyrənilməmişdir.Bunun səbəbini dilçi alimlər çox vaxt kommunist rejiminin ateist baxışları ilə əlaqələndirirlər.Sual doğur ki, bəs sovetlərdən uzaq qərb ölkələrində hansı səbəbdən bu elm öyrənilməmişdir?Bu suala hələki cavab verən tapılmayıb.
Maraqlıdır ki, rus türkoloqları türk-rus lüğətlərini hazırlayanda, heç Türkiyədə türkcə-rusca lüğətlər hazırlanmamışdır.Əslində ruslar bunu Rus-Türk müharibələrinin hərbi əhəmiyyət daşıyan perspektiv ideoloji təbliğat vasitəsi kimi istifadə etmişlər.Məşhur rus şərqşünas dilçi alimləri V.V Radlov, V.V.Bartold, N.A. Baskakov və digərlərinin keçən əsrlərdə hazırladıqları lüğətlərin əsas mahiyyəti hərbi ideoloji vasitə xarakteri daşımışdır.Keçən əsrin ən tanınmış rus dilçisi S.İ Ojeqov tərəfindən əsası qoyulmuş “RUS DİLİNİN LÜĞƏTİ” müxtəlif vaxtlarda əlavələr olunaraq 22 dəfə nəşr edilmişdir.Buna baxmayaraq onun heç bir nəşrində teofor sözlərin mənşəyinin etimologiyası verilməmişdir.Hətta görükən, latın dilindən açıq şəkildə rus dilinə keçən sadə sözləri də, müəllif sözün mənşəyi barədə bilgi verə bilməmişdir.Rus dilində gündəlik məişətdə işlənən “видеть” sözünün “video, vidi”, “сидеть” sözünün “sedeo, sedi” latın dilindən alınma söz kimi təsnifatını verməmişdir və ya verə bilməmişdir.
Bir az da rus dili lüğətinə S.İ.Ojeqovdan fərqli olaraq, yəni teolinqvistik və psixolinqvistik baxışlarla baxaq.Rus dilində “öküz”ə “бык” deyilir.Eyni zamanda sözün sinonimi “вол” da öküz deməkdir.Bütün dünya tanrıçılığında inək fəsiləsindən olan “buğa, kəl, öküz” kimi olan güc heyvanları Tanrı inancları olmuşdur.Rusların adı da inancları olan latın dilindən keçmə “urus”- “öküz” sözündəndir.Əgər biz inancın (totemin) teoreminə baxsaq, görərik ki, rusların tanrısı “бог” məfhumu bu qanuna uyğun gəlmir.Əgər biz “бог” sözünə tarixi dilçilik baxımından baxsaq, burada Monqol-Tatarların Rusiya üzərindəki 300 illik istilasının izlərini görərik.Monqol dilində “бух”-“öküz” deməkdir.Yəni Qədim Oğuzların “buğa” sözündəndir.Məlumdur ki, bir xalqın qonşu bir xalq tərəfindən adlandırılması (nominativliyi) praktik olaraq mümkün sayılır.Məs: Oğuzları iranlılar Türklər, Almanları ruslar “inimucus”-“düşmən” sözündən “nemeslər”, Oğuzları “tatarlar” yəni monqol dilində olan“tatvar”-“vergi yığan” (ruslar üçün ölüm kabusu olan) kimi adlandırmaları tarixdə mövcuddur.Məntiqi dilçilikdən aydın olur ki, rusların tanrısı “бог” məfhumu da monqolların “бух” sözündən yaranmış “бык” sözünün inanc semantikasından yaranmadır.”Бог” sözü hər tərəfli olaraq fonoloji, psixolinqvistik və dil arealı (Rusiyada monqol arealı mövcuddur.) cəhətdən məntiqə uyğundur.Rus dilində “буксир” – “yedək” sözü ilk baxışdan latın mənşəli sözə bənzəyir.Bu söz əsl türk sözüdür.Çünki, buna bənzər latın dilində oxşar söz yoxdur.Qədim Oğuzlar ağır işləri və yükləri öküzün yedəyinə bağlayıb, onu sürürdülər.Sözü sərgiləsək –“bık+sür-ən” kimi fonoloji şəkil alır.
Maraqlıdır “öküz” mənasını bildirən “вол” sözü necə yaranmışdır?Əgər desəm ki, bu sözün fəlsəfəsini nə qərb, nə də rus akademikləri bilmir bir az təvazökarlıqdan kənara çıxıram.Ancaq bu faktdır.
Əslində rus dilində “вол” sözü “buruq öküz”ə deyilir.”Валух” sözü “buruq” deməkdir.Baytarlıq nöqteyi nəzərindən öküz inək fəsiləsində ən güclü növ hesab olunur. Əsasən qədimdə əkinçilikdə cüt, mala, kotan əkmək, dəyirmanda buğda üyütmək üçün işlədilirdi.”Вол” sözü rus dilinə latın dilindən keçmədir.Latın dilinə isə Fironizmdən dalğa nəzəriyyəsi əsasında alınma sözdür.”Firr” sözündəndir.Türk dillərində”feil”, ingiliscə “verb” sözləri “hərəkət”i bildirir.”Fırlanmaq” özü də hərəkətdir.Onun “hərlənmək” mənası “firr”- od tanrısının Misir tanrılarının epiteti olan “Hor” un adından yaranmadır.Ulu tanrı “ka-qa” da hərəkəti bildirir.“Get”-mək sözü də buradandır.Dilçiliyin əsas meyarı olan müqayisəli paralelizm fikri tam təsdiq edir.Teolinqvistika mənbənin özüdür.O, bütün mənbələri özündə ehtiva edir. Azərdaycan dilində “fırlamaq”, “burmaq” sözləri də eyni məxəzdəndir.Bu sözün oğuzca qarşılığı “dürmələmək”dir.”Dümələnmək” sözü yəni “fırlanmaq, işi yubatmaq”da buradandır.Mexaniki söz olan “val” sözü də “fırlanan silindir” mənasını bildirir.
Rus dilində “вальятся” sözü dilimizə “diyirlənmək, yumbalanmaq, gillənmək, sürünmək” və s.mənaları bildirir.”Волокита” sözü “süründürməçilik, get-gələ salma, fırlatmaq, lüzumsuz rəsmiyyətçilik” və s. mənada işlənir.Sözün 2-ci mənası “Qadının dalınca fırlanan(sürünən)” mənasını verir.”Valeriyanka” sözünün mənası mənim üçün həmişə maraqlı olmuşdur.Bu yazını yazarkən mənə məlum oldu ki, həqiqətən də bu söz psixolinqvistik bir söz imiş.Tibdə valeriyan damcısına “pişikotu” deyilir.Səbəbi də budur ki, pişiyə bu dərmanı iylədərkən huşu başından çıxır, yerdə sürünür və fırlanır.Sözün kökü “val” burada da öz funksiyasını göstərmişdir.
İngilis dilindəki “velosiped” sözü də “while, wheeling”-fırlanma, təkər” sözündəndir.Hətta “while” sözü ingilis dilində “vaxt” mənasını bildirir.Vaxtı bildirən saatın da əqrəbi fırlanır.
P.S.Bu yazını həvəslə yazdım.Yəni biroturuma.Bir şey məndə təəssüf doğurur.BDU-dakı tələbələrimin rus dili savadı çox zəif, bəzən də yox dərəcəsindədir.Bu gün Türküyədə çox iş adamları rus dilini öyrənib, onlarla təmas qururlar.Bizim bəzi “təbliğatçılar” rus dilini xalqın gözündən salıblar.”Dil” ikinci bir adam olmaq deməkdir.
Nə isə keçmiş olsun...Ancaq indi də gec deyildir.Dilçilik elmi dillərin qovşağında öyrənilir.
Bu yazım nə qədər məsuliyyətli olsa da, o qədər də vacibdir.Bizim ali və orta təhsil bazaları rus dili sahəsindəki materialları Rusiya elmi dairələri tərəfindən təmin edilir.Dedim bizim də onlara bir elmi məktubumuz getsin.Görsünlər ki, bizimkilər də rus dilinin qeydinə qalırlar...Öyrənirlər, həm də öyrədirlər.