Vnukovo aeroportunda enişə və uçuşa məhdudiyyət qoyulub

Vnukovo aeroportunda enişə və uçuşa məhdudiyyət qoyulub
 

Moskva vaxtı ilə saat 10:26-dan (Bakı vaxtı ilə 11:26) etibarən Vnukovo hava limanında təyyarələrin eniş və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Paralel.az ” xəbər verir ki, bu barədə TASS-a aeroportun mətbuat xidməti bildirib.

“Aeroportdan asılı olmayan səbəblərə görə Vnukovo təyyarələrin qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq edib”, - mətbuat xidməti bildirib.

Onlar əlavə ediblər ki, təhlükəsizlik məqsədilə səhər saat 10:26-dan (Bakı vaxtı ilə 11:26) etibarən uçuşların bir hissəsi Moskva aviasiya qovşağının digər hava limanlarına yönləndirilib.

0.014218807220459