TƏBİB-in icraçı direktoru bütün təyinatlardan rüşvət alır?

TƏBİB-in icraçı direktoru bütün təyinatlardan rüşvət alır?
 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin edilib.

Paralel.az TƏBİB-dən əldə etdiyi məlumat əsasında bu xəbərləri veriir.

Bildirilir ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şirvan Şəhər Mərkəzi Xəstəxanasına Pərviz Rüstəmbəyov, Tibbi Reabilitasiya Mərkəzinə Rüfət Cabbarlı, Beyləqan Rayon Mərkəzi Xəstəxanasına isə Bayram Cabbarov direktor təyin olunub.

Qeyd edək ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təyinat alan Pərviz Rüstəmbəyov bu təyinatadək TƏBİB-in İxtisaslı tibbi yardım departamentində fəaliyyət göstərib.

Tibbi Reabilitasiya Mərkəzinin direktoru Rüfət Cabbarlı bu təyinatadək isə N. Tusi adına Memorial Klinik Xəstəxanasında Fizioterapiya və tibbi reabilitasiya şöbəsinin müdiri çalışıb.

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru Bayram Cabbarov isə bu təyinatadək sözügedən xəstəxanada direktorun müavini, baş həkim kimi fəaliyyət göstərib.

P. S. Media üzərindən apardığımız araşdırmadan bəlli oldu ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov ölkə xəstəxanalarına bütün direktor təyinatlarından külli miqdarda RÜŞVƏT alır...

0.015404224395752