25 manatlıq telefonların İMEİ kodları “iPhone”lara köçürülür

25 manatlıq telefonların İMEİ kodları “iPhone”lara köçürülür
 

Mobil cihazların alqı-satqısı ilə məşğul olan bəzi şəxslər xaricdən Azərbaycana gətirilən mobil telefonların qeydiyyatı üçün “kreativ” üsula əl atır.

Paralel.az xəbər verir ki, bu barədə "Azintelecom" MMC-nin məlumatında qeyd olunur.

Bildirilir ki, bəzi vətəndaşlar əlavə pul ödəməmək üçün satış qiyməti 25-30 manat olan mobil cihazların İMEİ kodlarını götürüb 2-3 min manatlıq “iPhone”lara köçürür. Beləliklə hər cihazın qeydiyyatında təxminən 150 manata qənaət etmiş olurlar. Həmin telefonu alan vətəndaş onu bir müddət problemsiz işlətsə də, bir müddət sonra problem yaranır və cihaz üzərindəki mobil nömrədən başqası ilə işləmir.

"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "Azintelecom" MMC bu hallara qarşı mübarizə aparır, monitorinq edərək klonlaşdırılmış IMEI kodların istifadəsini məhdudlaşdırır.
Bu günədək Azərbaycanda 11 056 IMEI koda “klon” statusu verilib, bu IMEI kodlarla 598 149 dəfə şəbəkəyə qoşulma cəhdi edilib.

Bu cür hallarla qarşılaşmamaq və aldadılmamaq üçün portal.rinn.az saytında mobil telefonunuzu yoxlayın. Bunun üçün telefonun ekranında *#06# yığaraq çıxan IMEI kodunu portalda yoxlamaq olar", - deyə açıqlamada qeyd olunur.

Bu məlumat sadəcə iPhone modeli ilə bağlıdır. 25 manatlıq digər tipli telefonların İMEİ kodları bu prosesin daxilində dəyişməyəcək. Belə ki, iPhone üçün müvafiq İMEİ kodu əlavə etmək tələb edilir, lakin digər telefonlar üçün bu şərt qoyulmur.

0.013591051101685