Qubad İbadoğlu, Mehman Altay və Kürdəxanı

Qubad İbadoğlu, Mehman Altay və Kürdəxanı
 

Qubad bəyin qardaşı Qalib Toğrul onun yanına iki kitab və qeyd dəftərçəsi aparıb. Kitabları onun yanına buraxmayıblar.

Bu mənim yadıma bir hadisəni saldı. Türkiyədə FETÖ adı ilə 10 mindən çox akademisyonlar həbsə atılır.
Bunların içərisində Türkiyədə parlaq bir ekonomist deyən zaman göz önünə gələn ilk onluqda olan Mehmet Altan gəlir.

Türkiyədə universitetlərində ekonomi ixtisasından məzun olanlar onun kitablarından onu çox yaxşı tanıyırlar. Bilirlər hansı miqyaslı iqtisadçıdır.

Qubad bəyin yanına kitab buraxılmaması bu hadisə ilə bağlı bir kədərli səhnəni xatırlatdı..

Bir nəfər həbsxanada olduğu müddətdə ölkəyə səs salmış iqtisadçı - Mehmet Altanın bütün kitablarını oxumağını düşünür.

Həmin şəxs çox tanınmış biri olduğundan həbsxana rəhbərliyinə özü şəxsən müraciət edərək Mehmet Altanın bütün kitablarının oxuması üçün onların kitabxanada olub-olmadığının soruşur.

Həbsxana rəhbəri deyir:
“Onun təkcə kitabları yox, özü də buradadır.”

Sivas həbsxanasında məhbusun verdiyi sualı indi Kürdəxanıda başqa bir məhbus Qubad bəy üçün verir...

Məmməd Talıblı, İqtisadi Təhlil İnstitunun rəhbəri

"Paralel.az"

0.017518997192383