DSMF-in icbari sığorta departamentinin Qarabağ əlillərinin “qanpulu”nu yeməsinə qiymət verilmir
DSMF-in icbari sığorta departamentinin Qarabağ əlillərinin “qanpulu”nu yeməsinə qiymət verilmir
Maliyyə Nazirliyi, Hesablama Palatası, ədliyyə, prokurorluq orqanları da yemə ortaqdır
Prezidentin 23.12.2021 tarixli 1513 saylı Fərmanına uyğun olaraq 1997-ci ilin avqustun 2-dək Qarabağ savaşı ilə bağlı əlilliyi müəyyən edilmiş şəxslərə birdəfəlik sığorta ödənişinin verilməsini ƏƏSMN tabeliyində DSMF-in dövlət icbari şəxsi sığorta departamenti gerçəkləşdirir. Heç bir sənəd tələb edilmədən – proaktiv qaydada Qarabağ qazilərinin bank hesablarına köçürülməli olan “qanpulu”nu sözügedən departamentin “Azərsığorta” ilə birgə yeməsi dələduzluğu üzə çıxıb. İl yarımdan çoxdur bu dələduzluğa, korrupsiya faktına hüquq qiyməti verilmir.
Başına gələn başmaqçı olar, deyib dədələrimiz. Bu sətirlərin yazarının telefonuna ödəniş haqqında “sms-bildiriş” gəlməməsindən dövlət hakimiyyəti orqanlarına, NK-ya, ƏƏSMN-ə, tabeliyindəki DSMF-ə elektron qaydada müraciətləri uzun müddət cavabsız qaldı və axırı, 142 çağrı mərkəzindən DİN-in verdiyi 26.05.1993-cü il tarixli 531 saylı “Xəstəlik haqqında şəhadətnamə”nin ƏƏSMN altsisteminə inteqrasiya edilməli olması bildirildi. Dörd aylıq süründürməçilikdən 102-yə şikayətdın sonra DİN Tibb İdarəsi sözügedən şəhadətnaməni sözügedən altsistemə 2022-ci ilin dekabrında daxil etdi və elə həmin ayda DSMF-dən zəng edib, ödənişin gələn köçürüləcəyini dedilər. Gələn ilin fevralı da gəldi, di gəl, “qanpulu” hesaba gəlmədi. DOST Agentliyinin səyyar xidmətindən gəlib, gərəkən sənədləri bir daha DSMF-in icbari sığorta qurumuna təqdim etdilər. Yenə də tezliklə “qanpulu”nun köçürülücəyi barədə “sms-bildiriş” alacağım bildirildi. Bildiriş yerinə, 16.02.2023-cü ildə DSMF-dən icbari sığorta departamentinin müdiri Kənan Hüseynov 0125250624 nömrəsindən zəng edib, “Azərsığorta”nın 19.03.2019-cu ildə 8800 manat ödəməsi haqqında məlumat verdiyini dedi. Açıq- aşkar dələduzluq faktı ortada olsa da, artıq altı aya yaxındır bu dələduzluq, korrupsiya faktına hüquq qiyməti verilmir. NK, Hesablama Palatası , prokurorluü Dövlət Sığorta Kommersiya Şirkətini, DSMF-in icbari sığorta qurumunu cinayət başında yaxalasa da, heç bir tədbir görülmür. Əksinə cinayətkar saxtalığa əl atan “qanpulu” hərisləri Ədliyyə Nazirliyinin Binəqədi İcra şöbəsini cinayətlərinə ortaq etmək yolunu tutublar.
30.07.2023-cü ildə verdiyi 20.07.2023-cü il tarixli DTX-nın sorğusuna saxta cavabla DSMF-in dövlət icbari şığorta departamentinin müdiri Kənan Hüseynov , görün , “valı necə dəyişib”: “ DÖVLƏT SIĞORTA KOMMERSİYA ŞİRKƏTİ 24.01.2022 TARİXLİ məktubla bildirib ki, 19.03.2019-cu ildə 1-ci dərəcəli Qarabağ əlilinə 8800 manat ÖDƏYİB.(24.01.2022-Cİ İLDƏ MƏKTUBLA MƏLUMAT VERİLMİŞDİSƏ, 11 AY SONRA 2022-Cİ İLİN DEKABRINDA ÖDƏNİŞİN GƏLƏN İL KÖÇÜRÜLƏCƏYİ NİYƏ BİLDİRİLİRDİ, AY KƏNAN HÜSEYNOV?-M.B.) ..18.05.2023 TARİXLİ MƏKTUBLA DSKŞ-NIN FONDA MƏLUMATINA GÖRƏ, 19.03.2019-CU İLDƏ VERİLƏN 8800 MANAT SIĞORTA ÖDƏNİŞİNİN BİNƏQƏDİ RAYON İCRA ŞÖBƏSİNİN QOYDUĞU SƏRƏNCAMLA SİLİNDİYİ BİLDİRİLMİŞDİR (?-M.B.) LAKİN BİNƏQƏDİ İCRA ŞÖBƏSİ TƏRƏFİNDƏN SİLİNMİŞ MƏBLƏĞ BARƏDƏ SİYAHI TƏQDİM EDİLMƏYİB. ..məhkəmə qərarı əsasında ödənilən sığorta məbləği barədə DƏQİQLƏŞDİRMƏ APARILMASI üçün TƏRƏFİMİZDƏN BİNƏQƏDİ İCRA ŞÖBƏSİNƏ 03.06.2023-CÜ İLDƏ SORĞU VERİLMİŞDİR”. Cinayətkar saxtalıq, korrupsiya , “qanpulu” dələduzluğu bu əndrabadi ( neçənci !?) cavabla bəlli edir. BƏYƏM BİR İNZİBATİ DÖVLƏT ORQANI O BİRİNDƏN SORĞUSUNA AYLAR, İLLƏRLƏ CAVAB ALA BİLMİR ?
“Qanpulu”na hərisliyə Maliyyə Nazirliyi, Hesablama Palatası, prokurorluq, ədliyyə orqanları rüşvətlə nəzarət etdiyindən, hələ də QANI AXAN QARABAĞ ƏLİLİNİN “qanpulu” YİYƏSİNİN ÜNVANINA, BANK HESABINA ÇATMAYIB.
Məğrur Bədəlsoy
"Paralel.az"